"Hitler Şərqdə tamamilə fərqli, məhvedici müharibə aparırdı"

© AP PhotoАдольф Гитлер, фото из архива
Адольф Гитлер, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
"Rossiya Seqodnya" informasiya agentliyində "Soyqırımı. Reyxin Planı" adlı yeni sənədli filmlər silsiləsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

BAKI, 28 aprel — Sputnik, Mariya Naumenko. Leninqradın blokadası, işğal olunmuş ərazilərdə kütləvi edamlar, həbs düşərgələrində aparılan tibbi təcrübələr – bütün bunlar müharibə dövrünün qayda-qanunlarının pozulması, şəxsi qəddarlığın təzahürü deyil, planlı soyqırımdır. "Soyqırımı. Reyxin Planı" sənədli filmlər silsiləsinin müəllifləri, tarixçilər bu fikirdədirlər.

Bəs niyə Almaniya Qərbdə və Şərqdə fərqli müharibə apardı? Sualın cavabı Sputnik-in materialında.

"Rossiya Seqodnya" informasiya agentliyində "Soyqırımı. Reyxin Planı" adlı yeni sənədli filmlər silsiləsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Президент РФ Владимир Путин перед началом воздушного парада, посвященного 75-летию Победы в Великой Отечественной войне - Sputnik Azərbaycan, 1920, 19.06.2020
RUSİYA
Keçmiş və gələcək qarşısında cavabdehlik: Putin Böyük Qələbə ilə bağlı məqalə yazıb

Tədbirdə tarixçilər, tədqiqatçılar və ictimai xadimlər Almaniya rəhbərliyinin SSRİ vətəndaşlarına qarşı soyqırımı gerçəkləşdirmək niyyətini sübut edən sənədlərdən söz açıblar.

Resursların ələ keçirilməsi planı

II Dünya müharibəsi başlayanda Böyük Britaniya Almaniyanı dəniz mühasirəsinə almışdı və Üçüncü Reyxin iqtisadi vəziyyəti getdikcə pisləşirdi. 1940-cı ildə nasist lider Adolf Hitler öz iqtisadçılarından əhali üçün nəzərdə tutulan qida rasionunu məhdudlaşdırmaqla bağlı məyusedici proqnozlar almağa başlamışdı. Odur ki, almanları Avropa qitəsində yaşayan başqa xalqların hesabına doyuzdurmaq lazım gəlirdi. Tarixçilər belə hesab edirlər ki, SSRİ-yə hücumun əsas səbəblərindən biri də məhz iqtisadi təhrik olub.

"Alman analitiklər belə hesab edirdilər ki, Sovet İttifaqının qaratorpaqlı ərazilərini - Ukrayna və Rusiyanın cənubunu ələ keçirsələr və həmin ərazilərdən Belarusa, şimala və Mərkəzi Rusiyaya taxıl axınının qarşısını alsalar, onda bu qeyri-münbit torpaqlarda aclıq qaçılmaz olacaq. Nəticədə 20 milyondan 30 milyona qədər insan qırılacaq", - "Rəqəmsal tarix" Elmi-Tədqiqat Fondunun direktoru Yeqor Yakovlev belə deyir.

Bütün bu hesablamalar sovet ərazilərini talan etmək üçün yaradılmış "Ost" iqtisadi qərargahı tərəfindən analitik qeyddə öz əksini tapıb.

Hitler planı bəyənib...

Acından ölməyə məcbur etmək

Mətbuat konfransı zamanı mütəxəssislər almanların işğal olunmuş ərazilərdə aclıq yaratmaq ideyaları, həmçinin "Şərq xalqları" - ruslar, ukraynalılar, belaruslar və polyaklar arasında doğum nisbətinin pozulması siyasətinə dair sənədləri də təqdim etdilər.

Vermaxt Ali Komandanlığının qərargah rəisi Vilhelm Keytel tərəfindən imzalanan sənədlərdən biri buna sübutdur. Qeyd edək ki, o sonradan Nürnberq tribunalının hökmü ilə edam olunub.

"Sənəddə bildirilir ki, qışda qıtlıq dövrü yaxınlaşdıqca ümidsizlik, aclığa qarşı üsyanların da artacağını gözləmək olar. Və bu mümkün xalq qiyamlarını yatırmaq üçün dayaq nöqtələri yaratmaq, onları yalnız piyada qoşunları ilə deyil, həm də tanklarla təchiz etmək lazımdır", - deyə Yakovlev nəql edir.

Bundan başqa, mətbuat konfransında Leninqradın blokadasına dair bir sıra sənədlər də təqdim olundu. Yeqor Yakovlev belə hesab edir ki, Paris kimi Leninqradı da almanlara təslim etmək və nəticədə şəhərin sakinlərinin həyatını qorumaqla bağlı tezislərə birdəfəlik son qoymaq lazımdır.

"Bu cür danışan insanlar yaddan çıxarırlar ki, Almaniya Şərqdə tamamilə fərqli, işğal etdiyi ərazilərin əhalisinin bir hissəsini yer üzündən silmək məqsədi güdən müharibə aparırdı", - deyə ekspert vurğulayır.

Leninqrad və qaratorpaqlı ərazilər hesab olunmayan digər iri şəhərlər bu məhvedici müharibənin ən mühüm hədəflərindən idi.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə görüşdə - Sputnik Azərbaycan, 1920, 09.05.2020
SİYASƏT
Prezident İlham Əliyev: "9 May - bizim ümumi Böyük Qələbə günümüzdür"

"Onlar bu zonanın əhalisini, xüsusən də içində müqavimət hərəkatına rəhbərlik edə biləcək ziyalıların olduğu çoxsaylı şəhər əhalisini yeməklə təmin etmək niyyətində deyildilər", - deyə Yakovlev vurğulayır.

Nasist sənədlərində Leninqrad və Moskvanın adına tez-tez rast gəlinir: Hitlerin bu şəhərlərlə bağlı planı lap əvvəldən çox radikal olub. O, bu şəhərləri tutmaq fikrində deyildi, mühasirəyə alıb artilleriya və aviasiyanın köməyi ilə həyati əhəmiyyətli sistemləri məhv etmək və əhalini acından qırmağa qərar vermişdi.

Əvvəlcədən hesablanmış qətllər

Müharibədən sonra SSRİ-də dərhal dinc quruculuq işinə başlanıldı və almanların həyata keçirdiyi soyqırımı lazımı səviyyədə dərk edilib göstərilmədi.

"Bu insanlar üçün çox ağrılı mövzu idi. Heç nasist Almaniyasının həyata keçirdiyi həmin soyqırımını o insanlara göstərmək də lazım deyildi, çünki onlar onsuz da bunu yaşamışdılar. Ancaq sovet rəhbərliyinin nümayiş etdirdiyi bu humanizm onunla nəticələndi ki, 90-cı illərdə, Sovet İttifaqı dağılan vaxt həmin tarixi boşluğu tamamilə fərqli nəzəriyyələrlə doldurmağa başladılar. Bu nəzəriyyələrdə isə sovet xalqının soyqırımı ilə bağlı heç bir planın olmadığı fikri öz əksini tapmışdı", - deyə Yakovlev izah edir.

Tarixçinin fikrincə, Qərb tarixşünaslıq elminə minnətdar olmalıyıq, çünki bu soyqırımı məsələsini ilk dəfə məhz qərbdə öyrənməyə başlayıblar. Bu mövzuya həsr olunmuş çoxsaylı monoqrafiyalar var. Məsələn, onlardan biri də Kristian Gerlaxın "Əvvəlcədən hesablanmış qətllər" adlı təxminən 1000 səhifəlik kitabıdır. Həmin kitab Belarus xalqının məhv edilməsi planına həsr olunub.

Qeyd edək ki, "Soyqırımı. Reyxin Planı" layihəsi çərçivəsində Üçüncü reyxin hələ rus dilinə tərcümə edilməmiş və elmi dövriyyəyə buraxılmamış sənədləri də yayımlanacaq.

Bu sənədlər təkzibedilməz şəkildə sübut edir: Leninqradın mühasirəsi, işğal olunmuş ərazilərdə kütləvi edam aktları, həbs düşərgələrində axtalama və dölsüzləşdirmə ilə bağlı tibbi təcrübələr - müharibə dövrünün qayda-qanunlarının pozulması, nasistlərin şəxsi qəddarlıqlarının təzahürü deyil, bütöv xalqları yer üzündən silmək üçün cinayət maşınının planlaşdırdığı məqsədli soyqırımdır.

Xəbər lenti
0