Əli qandallanmış adam, arxiv şəkli

Canlı yayımda narkotik vasitələrin təbliğini həyata keçirən ifaçı saxlanılıb

17
(Yenilənib 19:22 27.04.2021)
Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

BAKI, 27 aprel — Sputnik. Narkotik vasitələrin təbliğində şübhəli bilinən "Ramin Yeraz" adlı sosial şəbəkə istifadəçisi saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə "Ramin Yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

Qeyd edək ki, saxlanılan şəxs özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, sosial şəbəkələrdə aktivliyi ilə seçilir.

17
 Erməni hərbçisi, arxiv şəkli

Ermənistan KTM-də nəzərdə tutulan cavab prosesini aktivləşdirir

0
"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər""Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"

 

BAKI, 17 may — Sputnik. Sünikdə (Qaragöl) yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan tərəfi kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında deyib.

"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər", - deyə Paşinyanın "Facebook"-da paylaşdığı mətndə deyilir.

Onun sözlərinə görə, ötən bazar günü danışıqlar gecə saatlarınadək çəkib və çərşənbə günü də davam etdiriləcək.

"Nə qədər ki, Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisini tərk etməyiblər, biz yaranmış situasiyanı böhranlı, sabitliyə, suverenliyə və Ermənistanın KTMT nizamnaməsi, müqavilənin özü, böhran vəziyyətlərinə cavab reaksiyası tədbirlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə qarşı təhlükəli vəziyyət kimi dəyərləndiririk. Hələ ki, bizim qarşımızda duran legitim məsələ həll olunmayıb, bu mexanizmlər işə salınmalıdır", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

0
Teqlər:
KTMT, Nikol Paşinyan, Zəngəzur, Ermənistan
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

7
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

7
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi