Altun radikal ermənilərin Azərbaycan əleyhinə aksiyası ilə bağlı ABŞ-a çağırış edib

© AP Photo / David ZalubowskiФлаг США, фото из архива
Флаг США, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı.

BAKI, 27 aprel — Sputnik. "1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu qətlə yetirən erməni terrorçu Hampik Sassounian, keçən ay həbsdən azad edildi. Biz xəbərdar etmişdik ki, cəzasızlıq yalnız növbəti nəsil ekstremistlərin cəsarətlənməsinə xidmət edəcək". Bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.

ABŞ-ın Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsinə münasibət bildirən Fəxrəddin Altun qeyd edib ki, tarixi təhrif etmək ABŞ-da azərbaycanlıları təhdid edən erməni radikalları daha da cəsarətləndirir: "Baş verənlərə görə narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bəyan edir, ABŞ-ın səlahiyyətli şəxslərinə məsələ ilə bağlı ölçü götürülməsi üçün çağırış edirik. Erməni terrorçuları tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimizi mayın 1-nə qədər Los-Ancelesdə ziyarət etmək mümkün olacaq".

Qeyd edək ki, daha əvvəl Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsi ilə bağlı danışarkən bildirib ki, bu, kifayət qədər ciddi məsələdir: "Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər.

Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı. Bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılığımız bildirilib.

Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq".

Xəbər lenti
0