Məmur, arxiv şəkli

Üç dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxdı

7
(Yenilənib 13:22 27.04.2021)
Fərmana əsasən, "Azərkosmos" ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək texmologiyalar Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

BAKI, 27 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, "Azərkosmos" ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək texmologiyalar Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

7

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

56
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

56