Polşada NATO-nun təlimləri, arxiv şəkli

Erməni hərbçiləri bu il NATO-nun təlimlərində iştirak etməyəcəklər

13
(Yenilənib 13:19 27.04.2021)
Bu ölkənin Şimali Atlantika Alyansının təlimlərində iştirakı Rusiya tərəfindən qeyri-adekvat addım kimi dəyərləndirilir.

BAKI, 27 aprel — Sputnik. Ermənistan Müdafiə Nazirliyi bu ölkənin silahlı qüvvələrinin bölmələrinin NATO-nun "Defender Europe 2021" təlimlərində iştirak etməyəcəyini bəyan edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Qeyd edək ki, Ermənistan 2020-ci ildə NATO-nun "Noble Partner" təlimlərində iştirak edəcəyini bəyan etmişdi və bu addım Rusiya tərəfindən kəskin reaksiya ilə qarşılanmışdı. Rusiya tərəfi bildirmişdi ki, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olan yeganə Cənubi Qafqaz ölkəsidir. Eyni zamanda, Amerika administrasiyasının kəskin etirazlarına baxmayaraq hərbi humanitar missiyasını Suriyada yerləşdirən yeganə dövlətdir. Odur ki bu ölkənin NATO təlimlərində iştirakı qeyri-adekvat addım kimi dəyərləndirilir.

13
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

2
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

2

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

7
(Yenilənib 17:08 07.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

7