Xəzər dənizindən Bakıya mənzərə

Rəsmi Bakı: "Los-Ancelesdə cəzasız qalan radikal ermənilər növbəti cinayətlər törədirlər"

10
(Yenilənib 14:48 26.04.2021)
Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur.

BAKI, 26 aprel — Sputnik. "Bu, kifayət qədər ciddi məsələdir. Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsi ilə bağlı danışarkən deyib.

"Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər.

Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılığımız bildirilib.

Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq", -  XİN rəsmisi əlavə edib.

10

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9