Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patriarx Kirill: Türklər, Osmanlı imperiyası heç vaxt xristian azlığı məhv etməyib

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidПатриарх Московский и всея Руси Кирилл
Патриарх Московский и всея Руси Кирилл - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Patriarx türklərin (Osmanlı imperiyasının -red.) zamanından mövcud olmuş xristian müqəddəslərə hörmətin indiyə qədər müsəlmanlar, ərəblər arasında qaldığını xatırladıb. 

24 aprel - Sputnik. Bu gün qondarma "erməni soyqırımı"nın qeyd olunduğu bir vaxtda Rusiya və Azərbaycanın sosial şəbəkə istifadəçiləri Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iki il əvvəl "Rossiya 1" telekanalına verdiyi müsahibədən parçaları yayaraq ermənilərin saxta ittihamlarını rədd ediblər.  

Sputnik Azərbaycan-ın məlumatına görə, Rus Pravoslav kilsəsinin başçısı "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi həmin müsahibədə bildirmişdi ki, Osmanlı imperiyasında heç kəs xristian azlığı məhv etməyib.

"Hal-hazırda baş verənlər İslam dünyasında heç vaxt olmayıb. Misal üçün götürək elə türk, Osmanlı imperiyasını. Bəli, xristian azlıq olub, lakin heç kəs onları məhv etməyib", - Kirill deyib.

O, əlavə edib ki, dini icmalar arasında qayda-qanun mövcud olub. Patriarx türklərin (Osmanlı imperiyasının -red.) zamanından mövcud olmuş xristian müqəddəslərə hörmətin indiyə qədər müsəlmanlar, ərəblər arasında qaldığını xatırladıb. 

"O vaxt müsəlmanlar xristian müqəddəslərin təhlükəsizliyini qorumağa məsul idilər. Bu icmalar arasında belə qarşılıqlı münasibətlər mövcud idi. Əlbəttə demək olmaz ki, orada ən əlverişli rejim idi, amma insanlar yaşayırdılar, öz dini borclarını yerinə yetirirdilər. Patriarxlıqlar, kilsələr mövcud idi", - deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı bildirib. 

Xəbər lenti
0