Bu ərazidə ev tikmək təhlükəlidir - "Xəstəliyə yol açır"

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
"Karbon 2 oksid, karbon 4 oksid və neftdən ayrılmış müxtəlif zərərli birləşmələr isti ilə buxarlanmağa başlayır".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI,24 aprel — Sputnik. "Neftlə çirklənmiş ərazidə və onun ətrafında ev tikmək xəstəliyə açılan yoldur. Sputnik Azərbaycan-a bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.

M.Qənbərov deyib ki, neftlə çirklənmiş ərazilərdə ev tikmək düzgün deyil:

"Neftlə çirklənmiş ərazidə və onun ətrafında ev tikmək xəstəliyə açılan yoldur. Sağlamlığa zərbədir, xəstəlik mənbəyidir".

M.Qənbərov deyir ki, istilər düşən kimi neftdən karbohidrogenlər ayrılır. İnsanlar isə bu çirkli havanı udur. Agentlik sədrinin sözlərinə görə, çirkli havada neftin təzahürlərindən əmələ gələn zərərli inqrediyentlər var: "Kabron 2 oksid, karbon 4 oksid və neftdən ayrılmış müxtəlif zərərli birləşmələr isti ilə buxarlanmağa başlayır. Bu da ilk növbədə həmin ərazidə yaşayanlara təsir göstərir".

M.Qənbərov bildirib ki, neftlə çirklənmiş ərazilərdə evlər inşa olunmazdan öncə torpağın təmizlənməsi işləri aparılmalı, ağaclar əkilməlidir.

Xəbər lenti
0