Ermənistanda koronavirusdan ölənlərin sayı dörd mini keçdi

© REUTERS / DANISH SIDDIQUIПохороны человека, умершего от короновируса, фото из архива
Похороны человека, умершего от короновируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145,6 milyonu keçib, 3,08 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

 

BAKI, 24 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 212878-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 764 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4001-ə çatıb. Xəstəlikdən sağalanların sayı 193360-a çatıb. Hazırda bu ölkədə 14517 xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145,6 milyonu keçib, 3,08 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0