CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şiddətə məruz qalan qızcığaz ailəsinə geri qaytarıldı

© pixabay / SkitterphotoДевочка во дворе дома, фото из архива
Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Qeyd edim ki, uşaq atalığı tərəfindən deyil, anası tərəfindən döyülmüşdü. Uşağın da dediyinə görə, bu, ilk belə hadisə idi. Uşaq sözə baxmadığı üçün anası tərəfindən döyülmüşdü" - Teymur Mərdanoğlu.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Keşlə qəsəbəsində azyaşlı qız ailədə şiddətə məruz qalıb. Baş verən hadisə ilə bağlı qonşular Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veriblər. Komitə bu hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinə məlumat verib.

Faktla bağlı tədqiqat aparılıb və istintaq başlanılmışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında isə artıq azyaşlının ailəsinə verildiyini deyib: "Artıq azyaşlı ailəsindədir. Anası yalvardı ki, balamı qaytarın və bir də övladı ilə bu cür davranmayacağını vəd etdi. Bununla bağlı atalıq və anadan yazılı ərizə də alınıb. Bu hadisə təkrarlansa, uşaq alınaraq uşaq evinə veriləcək".

"Qeyd edim ki, uşaq atalığı tərəfindən deyil, anası tərəfindən döyülmüşdü. Uşağın da dediyinə görə, bu, ilk belə hadisə idi. Uşaq sözə baxmadığı üçün anası tərəfindən döyülmüşdü", - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddətdir işsiz olan atalıq işlə də təmin olunub.

Xəbər lenti
0