CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat icbari tibbi sığorta problemini qaldırdı

© AFP 2023 / HANNAH MCKAYВрач в перчатках держит стетоскоп, фото из архива
Врач в перчатках держит стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq olaraq qalır. Hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik?"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. "Aprelin 1-dən başlayaraq ölkədə icbari tibbi sığorta tətbiq edilir, amma bəzi məsələlər ilə bağlı yüz minlərlə vətəndaş arasında çaşqınlıq yaranıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

O bildirib ki, yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq olaraq qalır: "Hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik? O zaman bunu uzadıb 2022-ci ildə tətbiq edərdik. Maaşımızdan yanvar ayından icbari tibbi sığortaya vəsait çıxılır. Amma hələ bunun tətbiqində çatışmazlıqlar var. Həkimləri seçmək hüququ tanınmalıdır".

"Vergi ödənilirsə, vətəndaş pullu müalicə almalı deyil”, - deyə o əlavə edib.

 

Xəbər lenti
0