Koronavirusdan ölən adam, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 212 mini keçdi

5
Ermənistanda son gündə daha 15 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3984-ə çatıb. Xəstəlikdən sağalanların sayı 192281-ə çatıb.

BAKI, 23 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 212114-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 715 nəfər artıb.

Ermənistanda son gündə daha 15 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3984-ə çatıb. Xəstəlikdən sağalanların sayı 192281-ə çatıb. Hazırda bu ölkədə 14854 xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 144,7 milyonu keçib, 3,07 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Bakıda piyada keçidi

Bakıda piyada zonaları yaradılacaq

0
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".

Eləcə də oxuyun:

Paytaxt marşrutlarının 50 faizi yenilənib

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

0
Teqlər:
Bakı, zona, piyada
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

3
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

3
Teqlər:
video, Flora Kərimova, Şuşa