Ter-Petrosyan: "Ölkəmin baş nazirini bu qədər alçaldıcı vəziyyətdə görmək istəməzdim"

© Sputnik / Mediabanka keçidПервый президент Армении Левон Тер-Петросян, фото из архива
Первый президент Армении Левон Тер-Петросян, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Ermənistanın eks-prezidenti Paşinyanın Şunuxuda qadının evinə icazəsiz girməsini "Sünik səfərinin ən iyrənc epizodu" adlandırıb.

BAKI, 23 aprel — Sputnik. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanın Sünikə səfəri ilə bağlı tənqidi fikirlər səsləndirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

Qeyd edək ki, aprelin 20-də Paşinyan Sünikə səfəri zamanı Şurnuxu kəndinin sakinlərindən birinin evini ziyarət etmək istədiyini bildirib. Ev sahibəsi daha sonra jurnalistlərə verdiyi açıqlamasında hökumət başçısını içəri buraxmaq istəmədiyini, ancaq baş nazirin və onu müşayiət edən şəxslərin qapını döyüb içəri girdiklərini bildirmişdi.

"Mənə görə Paşinyanın "Sünik yürüşü"nün ən iyrənc epizodu onun Şurnuxuda axşam saatlarında icazəsiz bir qadının evinə girməsi idi. Ölkəmin baş nazirini bu qədər alçaldıcı vəziyyətdə görmək istəməzdim. Təəssüf ki, onun vətəndaşların hüquqları barədə təsəvvürləri bir təhkimçi ağanın təsəvvürlərindən fərqlənmir", – deyə Ter-Petrosyan öz açıqlamasında bildirib.

Qeyd edək ki, çərşənbə günü Sünikdə Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilib. Sakinlər "Nikol satqın", "Nikol türk" şüarları səsləndiriblər.

Xəbər lenti
0