Distant təhsil, arxiv şəkli

Nazir tədris planlarından danışdı - 50 ildən çoxdur ki, dəyişmir

738
(Yenilənib 18:56 22.04.2021)
Emin Əmrullayev: "Bu dəyişikliklərin ortasında müqəddəsləşdirdiyimiz fənlərdən nəhayət ki, məzmun və səriştəyə əsaslanan dərsə keçidimizi zaman-zaman müzakirə edirik."

BAKI, 22 aprel — Sputnik. "Azərbaycanda təhsil sahəsi bütün dünyada olduğu kimi, ən ağrılı dəyişikliklərlə gedən, ən böyük müqavimətlərlə üzləşən islahatlarla zəngindir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təhsil idarəedicilərinin ən böyük problemlərindən biri bunu ictimaiyyətlə düzgün kommunikasiya aparıb izah etməkdir:

"Təhsil islahatı, xüsusilə də fundamental islahatlar kifayət qədər ağrılı prosesdir. Bu prosesi bir yerdə başa düşüb, addımbaaadım düzəltməliyik. Ölkədə təhsilin məzmunu ilə bağlı ən böyük problemlərimizdən biri budur ki, Azərbaycanın tədris planları 70-ci, bəlkə də ondan əvvəlki illərə aiddir. Azərbaycan tədris planlarında dəyişiklik yalnız texnikidir, məsələn, bir fənni bir saat azaldıb, bir saat artırmışıq və yalnız bir yeni fənn əlavə etmişik – informatika fənnini. Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur ki, dəyişmir. Yəni, faktiki olaraq, mən, övladım və valideynlərim eyni tədris planları ilə təhsil almalıyıq. Bu, ümumilikdə yaxşı xəbər deyil".

Nazir qeyd edib ki, bu, təhsil sistemimizin kifayət qədər ciddi həll olunası problemlərinin olduğunu göstərir: "Tədris planları və məzmununun əsaslı şəkildə dəyişikliklərə ehtiyacı var. Bu dəyişikliklərin ortasında müqəddəsləşdirdiyimiz fənlərdən nəhayət ki, məzmun və səriştəyə əsaslanan dərsə keçidimizi zaman-zaman müzakirə edirik. Amma təbii ki, bu müzakirələrdən əməli fəaliyyətə keçiddə istər ictimaiyyət, istər məktəblər, istərsə də müəllimlərlə əsaslı müqavimətlə üz-üzə qalırıq.

Çox sadə sual düşünməliyik ki, ayrı-ayrı fənlər səriştələrin formalaşmasına necə xidmət edir. Bunların hər birinin ölçülə bilən formata gəlməsi, düşünürəm ki, mümkündür. Biz sinfə girib triqonometrik bərabərsizliyi keçəndə sinfin 90 faizi bunu başa düşməyəndə bu, nə Azərbaycan təhsili, nə Azərbaycan vətəndaşı, nə təhsilalanı üçün əlavə dəyər yaratmır. Bu, tədris, məzmun baxımından olduqca vacibdir".

738

Bu gün 25 mindən çox insan vaksin vurdurub

4
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

4

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

13
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

13