BAKI, 21 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bütün vətəndaşları koronavirusa qarşı peyvənd olunmağa çağırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novost-yə istinadla məlumat yayıb.
"Mən bir daha Rusiya vətəndaşlarına müraciət edirəm: mənim əzizlərim, sayıqlığımızı itirməməliyik, sizdən özünüzü və yaxınlarınızı qorumağı xahiş edirəm. Hazırda vaksinasiya çox mühüm rol oynayır. Bir daha bütün Rusiya vətəndaşlarına çağırış edirəm: peyvənd vurdurun", – deyə Putin qeyd edib.
Dövlət başçısı onu da bildirib ki, bu ölümcül epidemiyanın qarşısını yalnız bu yolla almaq olar.
"Başqa yol yoxdur. Başqa yol daha pisdir – xəstələnmək", – deyə Putin vurğulayıb.