Prokurorluq sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirdi

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbulu təmin ediləcək.

BAKI, 21 aprel — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq Baş Prokurorluq yayılanlara münasibət bildirib: "Qeyd edilənlərlə bağlı bildiririk ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə rayon prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir, həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib".

"Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək",- deyə bildirilib.

Xəbər lenti
0