Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Pandemiyanın Ramazan bayramına təsiri araşdırılıb

12
(Yenilənib 15:05 20.04.2021)
Sorğuda iştirak edənlərin 67,2%-i karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8%-i rayona, 0,7%-i xarici ölkəyə səfər edəcəyini qeyd edib. Nəticələr göstərir ki, sorğu iştirakçılarının 24,1%-i Ramazan bayramını qeyd etməyəcək.

BAKI, 20 aprel — Sputnik. COVID-19 virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Nəticələr göstərir ki, respondentlərin 43,3%-i hər il oruc tutsa da, 28,4%-i isə oruc tutmur. Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8%-ni təşkil edir. Respondentlərin 3,6%-i bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9%-ni təşkil edib.

İştirakçıların 45,9%-i hesab edir ki, pandemiya səbəbilə iftar süfrələri və dini mərasimlər təxirə salınacaq. Pandemiyanın Ramazan ayına təsir etməyəcəyini qeyd edənlər respondentlərin 24,5%-ni, oruc tutanların sayına isə təsir edəcəyini proqnozlaşdıranlar 19,9%-ni təşkil edir. Respondentlərin 9,7%-i isə düşünür ki, distant rejimdə işləyənlər üçün oruc tutmaq daha rahat olacaq.

İştirakçıların 14,7%-i pandemiya dövründə oruc tutacağı üçün virusa yoluxma riskini nəzərə alaraq kütləvi yerlərə getməyəcəyini qeyd edib. Fəaliyyətini evdə davam etdirəcəyini deyənlər respondentlərin 11,4%-ni, günün çox hissəsini açıq havada gəzməklə keçirəcəyini qeyd edənlər 11,3%-ni təşkil edir. Respondentlərin 62,5%-nin isə Ramazan ayı ilə bağlı xüsusi planı yoxdur.

Sorğuda iştirak edənlərin 67,2%-i karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8%-i rayona, 0,7%-i xarici ölkəyə səfər edəcəyini qeyd edib. Nəticələr göstərir ki, sorğu iştirakçılarının 24,1%-i Ramazan bayramını qeyd etməyəcək.

12

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

112
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

112