Məktəb, arxiv şəkli

Birinci sinfə qəbulla bağlı apelyasiya şikayəti qaydası açıqlandı

9
(Yenilənib 15:38 20.04.2021)
Bildirilib ki, müraciətlərə baxılan zaman həmin uşaqların yenidən müsahibəyə qoşulması təmin olunmayacaq.

BAKI, 20 aprel — Sputnik. "Mayın 22-də və iyunun 19-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunacaq müsahibə mərhələsinin nəticəsindən narazı qalan valideynlər apelyasiya şikayəti verə bilərlər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və İdarəolunması şöbəsinin təşkili şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul prosesi ilə bağlı danışarkən deyib.

"Övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq. Bu müddətdə övladının müsahibəsindən narazı olan valideynlər apelyasiya şikayəti edə bilərlər. Müraciətlərə baxılan zaman həmin uşaqların yenidən müsahibəyə qoşulması təmin olunmayacaq. Yalnız müsahibə dövründə qeydə alınan videoçəkilişə məsələ ilə yaradılmış kommisiya tərəfindən baxılaraq müvafiq rəy verilə bilər", - o deyib.

9

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

75
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

75