Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Peyvənd olunanların sayı açıqlandı

7
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 889232-dir

BAKI, 19 aprel — Sputnik. Azərbaycanda bu gün 19 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 448148 nəfər təşkil edir.

7
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

9
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

9
Teqlər:
sülhməramlılar, Rusiya, Njde
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə sayılacaq

5
(Yenilənib 15:55 06.05.2021)
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir. Qəhrəmanların həyatı ilə bağlı sənədlər, əşyalar da tarixi abidə hesab olunacaq.

BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

5