İnsan silueti, arxiv şəkli

"İş başında" yaxalandılar

15
(Yenilənib 10:07 20.04.2021)
Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.

BAKI, 19 aprel — Sputnik. Xaçmazda mağazadan oğurluq etmək istəyən şəxslər "iş başında" saxlanılıblar. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, DİN-in Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri  “iş başında” saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər “iş başında” saxlanılaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

15
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

2
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

2

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

8
(Yenilənib 17:08 07.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

8