Самолет в аэропорту Франкфурта-на-Майне, предназначенный для депортации мигрантов из Германии, фото из архива

Avropa ölkələrinə sığınan 18 azərbaycanlı deportasiya edilib

193
Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

BAKI, 18 aprel - Sputnik. Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunlardan 18-i azərbaycanlıdır.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

193
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

2
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

2

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

102
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

102