Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN-dən Beynəlxalq Abidələr Tarixi Yerlər Günü ilə bağlı bəyanat

12
(Yenilənib 10:50 18.04.2021)
Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan və təhqir edilib, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

BAKI, 18 aprel - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan bəyantda deyilir:

"Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu gün ilə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.

Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.

Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.

Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmayıb. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.

12
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

2
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

2
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

4
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

4
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV