Ağdam sakini qoyun otararkən minaya düşüb

© Photo : REPORTПодрыв боеприпасов, фото из архива
Подрыв боеприпасов, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Abunə olmaq
Ehsan Zahidov: "Vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər".

BAKI, 18 aprel - Sputnik. Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

© Sputnik / Stringer Arif Quliyev
Ağdam sakini qoyun otararkən minaya düşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Arif Quliyev

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, A.Quliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

© Sputnik / Stringer Arif Quliyev
Ağdam sakini qoyun otararkən minaya düşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Arif Quliyev

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

Xəbər lenti
0