Sənədin imzalanması

Prezident Xalq artisti Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

8
(Yenilənib 20:39 16.04.2021)
Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

BAKI, 16 aprel — Sputnik. Prezident İlham Əliyev Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat edib.

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil alıb.

Eldar Quliyev 1967-ci ildən taleyini "Azərbaycanfilm" kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1986-cı ildən "Azərbaycanfilm" kinostudiyası nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin "Bir cənub şəhərində", "Sevinc buxtası", "Babək" və "Nizami" kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdi. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi" və "Xalq artisti" fəxri adlarını almış, respublika Dövlət mükafatına və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

8
 Erməni hərbçisi, arxiv şəkli

Ermənistan KTM-də nəzərdə tutulan cavab prosesini aktivləşdirir

4
"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər""Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"

 

BAKI, 17 may — Sputnik. Sünikdə (Qaragöl) yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan tərəfi kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında deyib.

"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər", - deyə Paşinyanın "Facebook"-da paylaşdığı mətndə deyilir.

Onun sözlərinə görə, ötən bazar günü danışıqlar gecə saatlarınadək çəkib və çərşənbə günü də davam etdiriləcək.

"Nə qədər ki, Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisini tərk etməyiblər, biz yaranmış situasiyanı böhranlı, sabitliyə, suverenliyə və Ermənistanın KTMT nizamnaməsi, müqavilənin özü, böhran vəziyyətlərinə cavab reaksiyası tədbirlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə qarşı təhlükəli vəziyyət kimi dəyərləndiririk. Hələ ki, bizim qarşımızda duran legitim məsələ həll olunmayıb, bu mexanizmlər işə salınmalıdır", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

4
Teqlər:
KTMT, Nikol Paşinyan, Zəngəzur, Ermənistan
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

9
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

9
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi