Bakıda gül dükanı, arxiv şəkli

Azərbaycanda yeni qurum yaradıldı: Ölkəni gülüstana döndərəcəklər

19
(Yenilənib 19:28 16.04.2021)
"Ölkədə gül istehsalının genişləndirilməsi üçün böyük potensial var. Həmçinin gülün böyük ixrac potensialının da olması bu sahəyə marağı artırır. Gül istehsalçılarının vahid platformada birləşməsi isə onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək".

BAKI, 16 aprel — Sputnik. "Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib.

Aqrar Tədqiqatlar Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, ölkədə gülçülüklə məşğul olan şirkətlərin təmsilçiləri və sahibkarlar iştirak ediblər. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, ölkədə gül istehsalının genişləndirilməsi üçün böyük potensial var:

"Həmçinin gülün böyük ixrac potensialının da olması bu sahəyə marağı artırır. Gül istehsalçılarının vahid platformada birləşməsi isə onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən gülçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və nazirlik istehsalçıların ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir".

A.İsmayılovun sözlərinə görə, yaradılacaq Assosiasiya gül istehsalçılarına bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə gülçülüyün inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq. Nazirlik rəsmisi, həmçinin dövlət-özəl əməkdaşlığının sahənin inkişafına daha da təkan verəcəyini qeyd edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, gül istehsalı perspektivli, eyni zamanda böyük ixrac potensialı olan sahədir. Gəlirli olduğu üçün gülçülük ölkədə məşğulluğun artırılması baxımından da faydalı olacaq.

Daha sonra tədbir iştirakçıları Azərbaycanda gülçülüyün inkişafına dair fikirlərini bölüşüblər.

Toplantının sonunda "Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra Birliyin Nizamnaməsi təsdiq edilib. Səsvermə nəticəsində Cavid Axundov Assosiasiyanın sədri seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.

Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.

19

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9