Milli Məclisin Sədri Sahibə Qafarova Moldova Parlamentinin Sədri Zinaida Qreçanıy ilə görüşüb

Sahibə Qafarova Moldova parlamentinin spikeri ilə görüşüb

6
(Yenilənib 18:44 16.04.2021)
Moldova Parlamentinin sədri Zinaida Qreçanıy ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyindən danışıb.

BAKI, 16 aprel — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Moldova Parlamentinin sədri Zinaida Qreçanıy ilə görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin sədri moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir. O deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir. Qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına öz töhfəsini verir.

Sahibə Qafarova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və artıq ölkəmiz üçün quruculuq və yenidənqurma dövrü başlayıb. Lakin müharibənin bitməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Biz beynəlxalq ictimaiyyəti bununla bağlı Ermənistana təzyiq göstərməyə çağırırıq.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edən Moldova Parlamentinin sədri Zinaida Qreçanıy ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyindən danışıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin, iqtisadi, ticari əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

6

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9