MM spikeri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb

15
(Yenilənib 21:38 15.04.2021)
Spiker billdirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir/

BAKI, 15 aprel — Sputnik. Milli Məclisin spikeri Sahibə Qafarova Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində Ermənistana təsir göstərməyə çağırıb.  

APA-nın xəbərinə görə, parlamentin sədri konfrans iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparılır: “Bununla belə, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdn imtina edir. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər həlak olublar. Əgər Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsəydi, beynəlxalq hüquqa uyğun o bunu etməliydi, müharibədən sonrakı dövrdə bu itkilər olmaya bilərdi. Bununla  əlaqədar Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib”. 

Parlamentin spikeri billdirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir: “Həmin kurs ikili standartları istisna etməli, bəzi dövlətlərin beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə açıq ziddiyyət təşkil edən, həmçinin beynəlxalq təhlükəsizliyi və digər dövlətlərin suverenliyini təhlükə altında qoyan metod və vasitələrdən istifadə etmək cəhdlərini əngəlləməlidir”.

15
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

2
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

2
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

2
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

2