CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının Zığ şosesi 10 km qəsaldıldı

© Sputnik / Irade JELILZığ yolu
Zığ yolu - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
8 noyabr prospektində son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib

BAKI, 14 aprel — Sputnik. Xəbər verildiyi kimi paytaxtın Xətai rayonunda yerləşən "Nobel" prospektinin və "Zığ şossesi"nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək "8 Noyabr" prospekti adlandırılıb. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

BŞİH-dən deyilib ki, "Hərbi Qənimətlər parkı"nın yerləşdiyi bu prospektdə gələcəkdə "Zəfər" muzeyinin yaradılması məqsədəuyğun olacaq.

Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.

Xəbər lenti
0