Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko: "İşğaldan azad edilən ərazilərdə həyatın bərpası üçün ağır işlər görülməlidir"

51
(Yenilənib 14:46 14.04.2021)
Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir.

BAKI, 14 aprel — Sputnik. "Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.

"Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.

Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir", - deyə Belarus dövlət başçısı vurğulayıb.

Lukaşenko vurğulayıb ki, siyasi münasibətlərimizə gəldikdə isə nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir: "Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik. Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur. Sağ olun ki, indicə dediyim kimi Azərbaycan üçün çox gərgin bir dövrdə bu məsələləri müzakirə etmək üçün vaxt tapmısınız".

51
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

6
(Yenilənib 23:28 08.05.2021)
Türkiyənin müdafiə naziri ayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

 

BAKI, 8 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 988 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin müdafiə naziri mayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

6