YPX əməkdaşı

Yol polisi Bakıda reydlərə başladı

14
(Yenilənib 11:00 14.04.2021)
DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

BAKI, 14 aprel — Sputnik. Bu gündən daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Sputnik Azərbaycan-a verilən məlumata görə, ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.

Bildirilir ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaqdır.

14
Bakıda piyada keçidi

Bakıda piyada zonaları yaradılacaq

2
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".

Eləcə də oxuyun:

Paytaxt marşrutlarının 50 faizi yenilənib

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

2
Teqlər:
Bakı, zona, piyada
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

3
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

3
Teqlər:
video, Flora Kərimova, Şuşa