Eduard Çernin, arxiv şəkli

Məşhur vəkil Eduard Çernin vəfat edib

82
(Yenilənib 00:58 14.04.2021)
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, "Çernin və partnyorları" hüquq firmasının prezidenti Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

BAKI, 13 aprel - Sputnik. Azərbaycanın tanınmış vəkili, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, "Çernin və partnyorları" hüquq firmasının prezidenti Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. Məlumata görə, vəkil uzun müddət xəstəlikdən əziyyət çəkib.

Eduard Çernin 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub. Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. 2017-ci il sentyabrında Prezident İlham Əliyev tərəfindən əfv edilib.

Eduard Çernin həmçinin Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü olub. Milliyyətcə yəhudi olan Çernin Azərbaycan-İsrail Cəmiyyətinin idarə heyətinin sədri idi. 

82

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9