Kartof məhsulu arasında gizlədilən narkotik maddalər

İrandan Ukraynaya aparılan qəribə yük: İt kartof şəklinə salınmış narkotikləri ələ verdi

12
(Yenilənib 20:49 13.04.2021)
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb.

BAKI, 13 aprel — Sputnik. Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 213 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı "07BJ293/07ZA294" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 577 ədəd kisədə olan "təzə kartof" yükünə yenidən reaksiya verdiyindən əsaslı yoxlama aparılıb.

Nəticədə 119 ədəd kisədə "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu məlum olub.

12
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

9
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

9
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Taxt Oyunları serialından kadr, arxiv şəkli

"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

5
(Yenilənib 16:28 07.05.2021)
"House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib.

BAKI, 7 may — Sputnik. "Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb. Sosial şəbəkələrdə "Game of Thrones" ("Taxt Oyunları") serialının prikveli olan "House of the Dragon"dan ("Əjdaha Evi") ilk görüntülər paylaşılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı foto layihənin "Twitter" hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion ("Dəniz ilanı"), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, "House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vesterosda hakimiyyət dövrünü göstərəcək. Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir. O da vurğulanır ki, "Game of Thrones"un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin "Alov və qan" kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

5