Ağlayan qız

Dövlət məişət zorakılığının səbəblərini araşdırmağa başlayıb

9
(Yenilənib 16:42 13.04.2021)
Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir

BAKI, 13 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının səbəblərini araşdırmaq üçün onlayn sorğuya start verib. Bu barədə komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir. Eyni zamanda zorakılığa məruz qalarkən hansı quruma üz tutduqları, bu kimi arzuolunmaz halların aradan qaldırılması üçün təkliflər öyrənilir.

Məişət zoraklığı ilə bağlı xəbərlərin KİV-də işıqlanmasına ehtiyac olub-olmadığı da öyrənilir.

Qeyd edək ki, sorğuda iştirak edərək şərh vermək istəyənlər bu linkə keçid edə bilərlər: https://tr.surveymonkey.com/r/CT57RNB

9
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

0
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

0
Ağstafa rayonunda Qaltan dərəsi, arxiv şəkli

Sabahın hava proqnozu: yağış, şimşək, dolu

2
(Yenilənib 16:27 06.05.2021)
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 6 may — Sputnik. Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

2