Tələbələr imtahan verirlər, arxiv şəkli

Bu universitetlərin diplomları tanınmır - Agentlikdən açıqlama

12
(Yenilənib 18:48 13.04.2021)
Ölkələr üzrə müraciətlərin sayına gəlincə, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib.

BAKI, 13 aprel — Sputnik. Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi cavablandırılıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizim üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 müraciət qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına gəlincə, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29%-i 10 ali təhsil müəssisəsinin -Tbilisi Humanitar Tədris Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti, H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu, "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Odessa Dövlət Ekologiya Universiteti, Voljsk Dövlət Su Nəqliyyatı Universiteti, Tbilisi Açıq Tədris Universiteti və Avropa Universitetinin (Gürcüstan) payına düşür.

 

12

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

1
(Yenilənib 12:47 06.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

9
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

9
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər