Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Damlanın iştirak etdiyi toya polis gəldi - VİDEO

© Photo : Instagram / damla_official Damla (Mənsümə Məmmədova), arxiv şəkli
Damla (Mənsümə Məmmədova), arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları asayişin pozulduğu məkana gəliblər. "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub

BAKI, 12 aprel — Sputnik. Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy mərasimində atəş açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, məclisdə müğənni Damla da yer alıb. Bu haqda onun prodüseri Şamil sosial şəbəkədə paylaşım edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları asayişin pozulduğu məkana gəliblər. "Zolotoy dvor" şadlıq evində məclisə gələnlər saxlanılıb. Buna səbəb yeni evlənənlərin şərəfinə toy sahiblərinin havaya atəş açması olub.

Şamil bildirib ki, yaşanan hadisəyə görə gecə səhər saat 5-ə qədər polis bölməsində qalıb.

Xəbər lenti
0