Polis

Xəsarət alaraq ölən şəxslə bağlı istintaq başlanıb

7
(Yenilənib 14:24 12.04.2021)
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

BAKI, 12 aprel — Sputnik. Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qaradağ rayon prokurorluğunun məlumatında bildirilib.

Aparılaņ araşdırmalarla müəyyən edilib ki, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

7

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

8

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

14
(Yenilənib 16:40 09.05.2021)
"Təltif edildiyi döyüşdə ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Tovuz keçmiş SSRİ-də nadir rayonlardandır ki, onun üç Sovet İttifaqı qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçərək qorxmazlıqları və şücatləri ilə bu ada layiq görülüblər. Qəhrəmanlardan Məstan Əliyev ölümündən sonra bu ada layiq görülsə də, Mərdan Musayev və Yusif Sadıqov sağ olaraq doğulduqları rayona dönüb, ötən əsrin 70-80-ci illərinədək rayonda yaşayıblar. Maraqlısı odur ki, Sovet İttifaqı qəhrəmanı olan hər iki şəxs müharibədən qayıtdıqdan sonra eyni küçədə, hətta qonşu olaraq yaşayıblar. Məhz o səbəbdən İsmayıl Mürşüdov adına küçə ötən əsrin ortalarından məktəblilərin, fəxri qonaqların, turistlərin ən çox üz tutduğu məkan olub.

Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun evində hazırda kiçik övladı Mehdi yaşayır. O, hər iki qəhrəmanın bir küçədə yaşamasının təsadüf olduğunu bildirib. Onun sözlərinə görə, hazırda yaşadıqları küçə ötən əsrin əvvəllərində almanlar tərəfindən salınıb. Vətən müharibəsi başladıqdan sonra almanlar buradan köçürülüb. Müharibədən sonra isə bu evlər döyüşlərdə şücaət göstərmiş döyüşçülərə verilib. Atasının qəhrəmanlığına gəlincə isə, M.Sadıqov onun bir neçə xidmətinin müqabilində sovet rəhbərliyinin bu qərarı verdiyini söyləyib: “Atam Moskvadan Berlinədək döyüş yolu keçib. Bir neçə döyüşdə fərqlənməsinə görə bu ada layiq görülüb. Özü danışırdı ki, müharibənin ilk illərində sovet mərmiləri alman tanklarını məhv edə bilmirmiş. Atam təklif verib ki, hər tanka iki top ayrılsın. Topun biri tankın tırtılını vursun. Bu zaman tank 180 dərəcə firlanacaq və həmin an ikinci top onun yanacaq çənini vursun. Bu yolla sovet topları, mərmiləri təkmilləşənə kimi alman tanklarının qarşısını kəsiblər. Atamın bu döyüş taktikasına o vaxt “at gedişi” adı veriblər. Digər bir döyüşdə onun başçılıq etdiyi topçular 9 tankı məhv edib. Hansı ki, 5-ni atam özü vurub. Varşava yaxınığında vuruşmaların birində min nəfərə yaxın sovet əsgərini əsirlikdən azad ediblər. Bu göstərdiyi igidliyə görə rəhbərliyə təqdimatı verilib və 1945-ci ildə mayın 31-də bu ada layiq görülüb”, - deyə o məlumat verib.

© Sputnik / Ilham Mustafa
Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun heykəlləri

Mehdi Sadıqov atasının digər tovuzlu qəhrəman Mərdan Musayevlə yaxın dost olduğunu, bütün tədbirlərdə, paradlarda birgə iştirak etdiklərini bildirib.

Digər evdə isə hazırda Sevet İttifaqı qəhrəmanı Mərdan Musayevin gəlini öz övladları və nəvələri ilə birgə yaşayır. Gəlini Şəfiqə Musayeva övladları kimi həmişə qaynatası ilə fəxr etdiyini söyləyib: “Qaynatamın sağlığında SSRİ-nin hər yerindən dostları gəlirdi. Onun şücaətlərindən danışanda adam heyrətini gizlədə bilmirdi. Dəfələrlə yaralansa da, sonradan yenə döyüşlərə qatılıb. Sinəsini güllənin qabağına verərək komandirini qoruyub. Təltif edildiyi döyüşdə də ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan”, - deyə Ş.Musayeva eşitdikləri haqqında danışıb.

  • Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun fotoları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun yaşadığı ev
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun təltif edilmə barədə vəsiqəsi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun medalları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun abidələri
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi

O, öz oğlunun da babasının yolunu davam etdirdiyini, döyüşlərdə xidmtlərinə görə medallarla təltif edildiyini bildirib.

“Sağlığında nəvəsi olanda ona öz adını qoydu. Hazırda eyni ad soyadı daşıyan oğlum da hərbçidir. Xüsusi təyinatlı polkovnik-leytenantdır. Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Prezident tərəfindən bir neçə medalla təltif edilib”, - deyə o bildirib.

Tovuz rayonu da öz qəhrəmanlarını unutmur. Hazırda rayonda hər 3 Sovet İttifaqı qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar parkında onların büstləri qoyulub. Mütəmadi olaraq bu məkan ziyarət olunur. Faşizmə qarşı canından keçən bütün azərbaycanlılar onların timsalında yad edilirlər.

Həmçinin oxuyun:

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Qələbə Gününü özünə ad günü kimi seçən qəhrəman

14