Cəlilabadda narkotik vasitə satan şəxsin evində odlu silah aşkarlanıb

© Sputnik / Kamal AlmuradlıАвтомобил патрульной службы, фото из архива
Автомобил патрульной службы, фото из архива  - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram narkotik vasitə və AKM markalı "Kalaşnikov" avtomatı, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Cəlilabadda külli miqdarda narkotik vasitə və odlu silah aşkar olunub

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb.

© AR Ministry of Internal Affairs
Narkotik - Sputnik Azərbaycan
1/3
Narkotik
© AR Ministry of Internal Affairs
Silah - Sputnik Azərbaycan
2/3
Silah
© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs - Sputnik Azərbaycan
3/3
1/3
Narkotik
2/3
Silah
3/3

E.Lətifovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə - heroin aşkarlanıb. Lətifovun həmin narkotik vasitəni əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Göytəpə şəhər sakini Emil Mustafayevdən əldə etdiyi müəyyən olunub.

E.Mustafayev saxlanılarkən onun üzərindəki 5 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram narkotik vasitə və AKM markalı "Kalaşnikov" avtomatı, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0