Görüş

Hikmət Hacıyev qazaxıstanlı nazir müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

10
A.Oralov Nur-Sultan şəhərindəki Media mərkəzinin işi, yeni "Turkistan" televiziya kanalının işə salınması və bu sahədə digər layihələr haqqında ətraflı danışıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Sputnik Azərbaycan Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkənin KİV sahəsində əməkdaşlığı məsələlərini müzakirə ediblər.

A.Oralov Nur-Sultan şəhərindəki Media mərkəzinin işi, yeni "Turkistan" televiziya kanalının işə salınması və bu sahədə digər layihələr haqqında ətraflı danışıb. Tərəflər türk dövlətlərinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanışlıq məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüş Türk Şurasına üzv ölkələrin informasiya və media sahəsindəki dövlət qurumlarının rəhbərlərinin konfransı çərçivəsində baş tutub.

10
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

8
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

8
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Taxt Oyunları serialından kadr, arxiv şəkli

"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

4
(Yenilənib 16:28 07.05.2021)
"House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib.

BAKI, 7 may — Sputnik. "Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb. Sosial şəbəkələrdə "Game of Thrones" ("Taxt Oyunları") serialının prikveli olan "House of the Dragon"dan ("Əjdaha Evi") ilk görüntülər paylaşılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı foto layihənin "Twitter" hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion ("Dəniz ilanı"), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, "House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vesterosda hakimiyyət dövrünü göstərəcək. Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir. O da vurğulanır ki, "Game of Thrones"un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin "Alov və qan" kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

4