Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalarda saxta peyvəndlənmə aşkarlanıb

22
Araşdırmanın nəticəsi olaraq ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib

BAKI, 9 aprel — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

Qeyd olunur ki, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib.

Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib.

Qeyd olunmalıdır ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

22
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

2
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

2

Moskvada keçiriləcək Qələbə paradının məşq prosesindən kadrlar

4
Qələbə Günü Moskvanın baş meydanında çoxsaylı qonaqların qarşısında yürüşdən əvvəl parad heyəti və texnika dəfələrlə məşq prosesinə cəlb olunur.

9 May - Qələbə Günü münasibətilə Rusiya paytaxtındakı Qızıl Meydanda növbəti təntənəli parad keçiriləcək. Hər il paradda Rusiya Federasiyasının müxtəlif qoşun növlərinin minlərlə hərbçisi iştirak edir və çoxlu sayda hərbi texnika nümayiş etdirilir. Rusiya Federasiyası Prezidentinin izlədiyi parada digər ölkələrdən də yüksək səviyyəli qonaqlar qatılırlar. Qələbə paradına, həmçinin faşizmə qarşı mübarizədə iştirak etmiş müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələri də vaxtaşırı olaraq dəvət edilirlər. Belə ki, keçən il pandemiya səbəbindən mayda deyil, iyunda baş tutan paradda Azərbaycan ordusunun 75 hərbçidən ibarət heyəti də iştirak edib.

Faşizm üzərində qələbə münasibətilə düzənlənən parada həmişə ciddi səylə və uzun müddət hazırlıq görülür ki, tədbir lazımı səviyyədə keçsin.

Qızıl Meydanda keçiriləcək bu möhtəşəm tədbirdə iştirak edəcək parad heyətinin və texnikanın məşq prosesi –Sputnik Azərbaycan-ın fotolentində.

4
  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AP Photo / Alexander Zemlianichenko

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Pavel Bednyakov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © REUTERS / Maxim Shemetov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Kirill Kallinikov

  • © AFP 2021 / Alexander Nemenov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Alexander Vilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AFP 2021 / Kirill Kudryavtsev