Rusiya sülhməramlılarının rəhbəri: "Ermənistan rəsmiləri təxribat törədirlər"

1102
(Yenilənib 15:32 09.04.2021)
Rüstəm Muradovdan maraqlı açıqlama: "Onlar öz əhalisini çaşdırırlar. Bu, planlaşdırılmamışdı. Bu, adi iş səfəri idi"

BAKI, 9 aprel — Sputnik. Aprelin 8-i hərbi əsirlərin dəyişdirilməsi planlaşdırılmamışdı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya sülhməramlılarının Qarabağdakı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov bildirib.

Jurnalist rus generaldan Ermənistan rəsmilərinin mübadilənin həyata keçiriləcəyini elan etməsinin səbəbini soruşub. O isə "Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini çaşdırırlar" cavabını verib.

"Bu, yalan və provokasiyadır, onlardan (Ermənistan hakimiyyəti-red) soruşun. Onlar öz əhalisini çaşdırırlar. Bu, planlaşdırılmamışdı. Bu, adi iş səfəri idi", - Muradov deyib. 

Xatırladaq ki, ötən gün Ermənistan rəsmiləri tərəfindən Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Yerevanın Erebuni hava limanına endiyi, onun göyərtəsində erməni əsirlərin olduğu barədə məlumat yayılmışdı. Daha sonra Ermənistan tərəfi təyyarə ilə erməni əsirlərin deyil, Rusiya sülhməramlılarının Qarabağdakı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradovun gəldiyini açıqladı. Bu ikibaşlı xəbər həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaradıb.  

1102

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

14
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

14