Əlil, arxiv şəkli

Nazirdən əlilliyin ləğvi ilə bağlı açıqlama

35
(Yenilənib 14:48 09.04.2021)
"Müddətli əlillik geri dönməz hallara şamil edilmir. Geri dönməz haldırsa, hər hansı amputasiyadırsa, hər hansı orqanı itiribsə, müalicəsi olmayan xəstəlikdirsə, əlillik müddətsiz verilir".

BAKI, 9 aprel — Sputnik. Hazırda müzakirə edilən məsələlərdən bir çoxu əlilliyin təyin edilməsi ilə bağlı deyil, əlilliyin müddətinin bitməsi ilə əlaqədardır. Bir çox şəxslər məlumatsızlıqdan və ya bəzi məlumatların olmamasından müddətin bitməsini əlilliyin ləğv edilməsi kimi qiymətləndirirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2016-ci ildə qəbul edilmiş normativ akta əsasən, müddətli əlilliyi olan şəxslərin əlillik müddətləri 5 il avtomatik uzadılıb.

"Bu, 2021-ci ildə bitib. Müddətli əlilliyi olan şəxslər sənədlərinə baxmalı və müddətləri bitdiyi təqdirdə yenə səhiyyə müəssisələrinə müraciət etməli, müayinədən keçməli və müvafiq Forma 88-lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır. Əlillik müddəti bitən şəxslərin sayı çoxdur. Bu, on minlərlə şəxsi əhatə edir.

Müddətli əlillik alan şəxslər sənədlərə baxmırlar, pensiya dayandıqdan sonra əlilliyin ləğv edilməsi kimi qeyd edirlər. Bu, doğru deyil. Müddətli əlillik geri dönməz hallara şamil edilmir. Geri dönməz haldırsa, hər hansı amputasiyadırsa, hər hansı orqanı itiribsə, müalicəsi olmayan xəstəlikdirsə, əlillk müddətsiz verilir. Reabilitasiya, müalicə olunan xəstəlik olduqda, həmin əlillik müddətli təyin edilir".

S.Babayev qeyd edib ki, bəzən məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqlarla bağlı eyni hal baş verir: "Qanunvericilikdə, həm də beynəlxalq təcrübədə belədir ki, sağlamlıq imkanı məhdud şəxs 18 yaşına çatanda bu statusu bitir. Ondan sonra şəxs səhiyyə müəssisələrinə müraciət etməli və əlillik qrupu müəyyən edilməlidir.

Bu il əlillik müddətinin uzadılmasına dair müraciətlər çoxdur. Bu zaman kifayət qədər saxta hallara rast gəlinir. Əlilliyin təyin edilməsi ilə bağlı əksər imtinalar əyani müayinələrdən sonra həyata keçirilir. Əgər Forma 88-də hər hansı şübhə olarsa, həmin şəxs dəvət edilir və əyani müayinələrdən keçirilir".

35

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9