BAKI, 9 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.
Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub. Mərasimləri təşkil edən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
BAKI, 21 aprel — Sputnik. Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb. Tədbirdə Rəşad Dağlı da yer alıb.
Meyxanaçı və onun dostları karantin qaydalarını pozublar. Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.
BAKI, 21 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir.