"Superman" rekord qiymətə satıldı

© AP Photo / Matt DunhamГраффити Супермена на стене, фото из архива
Граффити Супермена на стене, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
1938-ci ildə işıq üzü görmüş bu şəkilli roman "Superman" seriyasından olan kitabların başlanğıcı hesab edilir.

BAKI, 8 aprel — Sputnik. "Superman" adlı qəhrəmanı ilk dəfə bütün dünyaya tandan şəkilli-romanın ən yaxşı vəziyyətdə olan nüsxələrindən biri onlayn auksionda 3,25 milyon dollara satılıb. Türkiyənin NTV kanalının verdiyi xəbərə görə, Amerikanın ən qədim şəkilli-roman şirkətinə məxsus nüsxə "ComicConnect.com" saytında təşkil olunan onlayn auksionda özünə alıcı tapıb. Qeyd edək ki, 2014-cü ildə romanın başqa bir nüsxəsi auksionda 3,2 milyon dollara satılmışdı.

"1938-ci ildə işıq üzü görmüş bu şəkilli roman "Superman" seriyasından olan kitabların başlanğıcı hesab edilir", – deyə "ComicConnect.com"-un satışa vasitəçilik etmiş təmsilçisi Vinsent Zurzolo bildirib.

Qeyd edək ki, xüsusi nüsxənin satıcısı bu şəkilli romanı 2018-ci ildə 2 milyon dollardan bir qədər baha qiymətə əldə etmişdi.

Xəbər lenti
0