Ənbil gölü, arxiv şəkli

Sabahın hava proqnozu açıqlanıb

13
(Yenilənib 14:53 08.04.2021)
Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

BAKI, 8 aprel — Sputnik. Aprelin 9-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

13

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

4
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

4
 İnsanın kölgəsi, arxiv şəkli

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlandı

2
Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir

2