Tələbələr imtahan verirlər, arxiv şəkli

Ötən ay 55 nəfərin xarici diplomu tanınmayıb

6
(Yenilənib 13:42 08.04.2021)
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çindən 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən mart ayı üçün tanıma üzrə müraciətlərin statistikası açıqlanıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qeyd edilən ay üzrə 205 müraciətçinin 150-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 29, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 21, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və ixtisasın ekvivalentliyi olmaması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 31, hüquqşünaslıq üzrə 26, maliyyə üzrə 32, tibb üzrə 19, biznesin idarə edilməsi üzrə 17, menecment üzrə 15, mühəndislik üzrə 13, təhsil elmləri üzrə 11, beynəlxalq münasibətlər üzrə 9, kompüter elmləri üzrə 8 və digər ixtisaslar üzrə 24 nəfər müraciətçi qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çindən 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.

6
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

0
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

0

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

3
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

3