Erməni qüvvələrinin açdıqları atəşdən sonra Gəncədə vəziyyət, arxiv şəkli

Ermənistanın törətdiyi cinayətlərə dair video hazırlandı

6
(Yenilənib 14:46 08.04.2021)
İşğaldan azad edilmiş ərazilərdə erməni vandallarının məhv etdiyi tarixi abidələr barədə geniş auditoriyaya yayılması məqsədi ilə Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.

BAKI, 7 aprel — Sputnik. Ermənistan hərbi birləşmələrinin törətdikləri cinayətlərə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni vandallarının məhv etdiyi tarixi abidələr barədə geniş auditoriyaya yayılması məqsədi ilə Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.

Sputnik Azərbaycan Baş Prokrorluğa istinadən həmin videonu tədim edir:

6

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

2
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

2
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: ““Media haqqında” qanunla bağlı ortada xeyli suallar var”

4
(Yenilənib 09:49 13.04.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir
Qulu Məhərrəmli: “Mediamızın əsas problemlərindən biri peşəkar fəaliyyətin qurulmasıdır”

“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4