Putin Qarabağdakı vəziyyəti ən aktual məsələ adlandırdı

25
"Şübhəsiz, bizim ikitərəfli münasibətlərin qurulması planında danışmalı şeylərimiz var və təbii ki, ən aktual, ən kəskin problemlər – həm Dağlıq Qarabağda, həm də onun ətrafında vəziyyətin normallaşmasıdır", - deyə Putin qeyd edib.

 

BAKI, 7 aprel — Sputnik. Dağlıq Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problem olaraq qalır.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

"Şübhəsiz, bizim ikitərəfli münasibətlərin qurulması planında danışmalı şeylərimiz var və təbii ki, ən aktual, ən kəskin problemlər – həm Dağlıq Qarabağda, həm də onun ətrafında vəziyyətin normallaşmasıdır", - deyə Putin qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

25

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

4
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

4

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

4
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4