Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Putinlə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək

19
(Yenilənib 18:52 06.04.2021)
Ermənistan prezidenti aprelin 7-də Moskvaya səfərə gedəcək. İki ölkə rəhbərləri Qarabağ məsələsinə dair razılıqların implementasiyası və Ermənistanda keçiriləcək növbədənkənar seçkiləri müzakirə edəcəklər

BAKI, 6 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə danışıqlarda hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə Paşinyan "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, görüşün gündəliyində Ermənistan-Rusiya müttəfiqliyinin bütün sferalarına dair məsələlər var.

Paşinyan qeyd edib ki, hazırda Ermənistan silahlı qüvvələrində irimiqyaslı islahatlara start verilib və bu tədbirlər rusiyalı həmkarlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

"Əminik ki, bu əməkdaşlıq uğurla davam etdiriləcək, Ermənistan hökuməti bunda maraqlıdır", - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Paşinyan aprelin 7-də Moskvaya səfərə gedəcək. İki ölkə rəhbərləri Qarabağ məsələsinə dair razılıqların implementasiyası və Ermənistanda keçiriləcək növbədənkənar seçkiləri müzakirə edəcəklər.

Xatırladaq ki, Paşinyan təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaş kimi Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib. O, xüsusilə Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının gücləndirilməsi barədə düşünməyi təklif edib və orduda islahatların aparılacağını bildirib.

19
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

0
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

0
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

4
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

4