Azərbaycanda koronavirusa 2035 yeni yoluxma faktı qeydə alınıb, xeyli ölən var

336
(Yenilənib 22:12 06.04.2021)
Hazırkı dövrədək ölkəmizdə 273 min 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 243 min 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib. Aktiv xəstə sayı 26659 nəfərdir.

BAKI, 6 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1174 nəfər müalicə olunaraq sağalıb, 2035 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 273 min 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 243 min 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib. Aktiv xəstə sayı 26659 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 948 min 419 test aparılıb. Bugünkü test sayı isə 12701-dir.

336
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

4
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

4
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

6
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

6
Teqlər:
yanğın, Bakı