Qızıl yatağı, arxiv şəkli

Yapon səfir Azərbaycanın qızıl mədənində olub

13
Yaponiyanın ölkəmizdəki səfiri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonundakı fəaliyyəti ilə tanış olub.

BAKI, 6 aprel — Sputnik. Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə Daşkəsən rayonuna səfər edib. “AzerGold” QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində əvvəlcə “Daşkəsən” Dəmir Filizi Sahəsinin ərazisinə ümumi baxış keçirilib. Yaponiyalı diplomata regionun ən nəhəng dəmir filizi yataqları kompleksində aparılan geoloji kəşfiyyat işləri barədə məlumat verilib.

“AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev yatağın istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədi ilə yataqların mövcud resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun yenidən qiymətləndirildiyini, işlərin cari ilin sentyabr ayınadək yekunlaşdırılacağını yaponiyalı qonağın diqqətinə çatdırıb. Qeyd edilib ki, yatağın yenidən istismarı və istehsal prosesinin dünya standartlarına uyğun təşkili ilə bölgənin dayanıqlı sosial inkişafına, eləcə də ölkə iqtisadiyyatına mühüm töhfələr verilə bilər.

Daha sonra səfir C.Vada “Çovdar” Filiz Emalı Sahəsində olub. Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan diplomat istehsalatın bütün mərhələlərini virtual qaydada izləyib. Bunun ardınca səfir mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani şəkildə tanış olub. Səfirə qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

 

13
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

10
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

10
Teqlər:
Nyu-York, moda
Lil Nas X, arxiv şəkli

Dizaynında insan qanı istifadə olunan "İblis ayaqqabıları" satışdan çıxarıldı

7
Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"-yə bənzəyir.

BAKI, 10 aprel — Sputnik. "İblis ayaqqabıları"nın satıcısı "Nike"ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ödədikləri pullar alıcılara geri qaytarılacaq.

Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vince Hizon (@vincehizon12)

Bununla əlaqədar olaraq "Nike" məhkəməyə müraciət edib və həmin idman ayaqqabıların satışının müvəqqəti qadağan olunmasına nail olub.

7